Belediyye.infonun suallarını Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov cavablandırır. Onunla vətəndaşların qəbulu, onların qarşılaşdığı problemlərin həlli barədə söhbət etdik.
- Vətəndaşların qəbulu bələdiyyənizdə necə təşkil edilib?
-Qeyd edim ki, bələdiyyədə qəbul edilən hər bir vətəndaş qəbul otağında qeydiyyatdan keçir. Qaldırdığı məsələlər, telefon nömrəsi, yaşayış ünvanı qeydiyyat kitabında qeydə alınır.
Vətəndaş qəbullarının qeydiyyatının aparılması üçün kompyuter dəsti alınmış və qəbul otağında vətəndaş qeydiyyatı bu kompyuterdə cədvəl formasında siyahıya alınma yolu ilə işlənilir.
- Bəs sizin bələdiyyə sədri olaraqqəbul vaxtınız həftənin hansı günləridir?
-Həftənin beş günü qədrin qəbul saatı var, yəni qəbul günləri: I-V günlər saat 10:00-dan 13:00-qədər təşkil edir.
- Bu istiqamətdə sizin bələdiyyəniz hansı yeniliyi edib və ya etməyi nəzərdə tutur?
-Bələdiyyənin poçt qutusu yaradılıb. Üstəlik bələdiyyənin inzibati binasında 020-205-23-13 nömrəli qaynar xətti yaradılıb və vətəndaşlar zəng edib istədikləri müraciəti edə bilirlər.
Bununla yanaşı ötən il bələdiyyəmiz bir sıra yeniliyə də imza atıb.
Belə ki, dayanacaqlarda, elektrik dirəklərində, hasarlarda, ağaclarda yapışdırılan elanların yığışdırılması və sakinlərimizin elan verəcəyi alqı-satqı və digər elanların yayımlanması və rahatlığını təmin etmək məqsədilə şəhərdə yeni informasiya sistemli pulsuz elan lövhəsi quraşdıraraq vətəndaşalrın istifadəsinə vermişdir.
- 2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri neçə nəfəri qəbul edib, sakinlərin qaldırdığı məsələlər öz həlli sizi razı salırmı?
-Vətəndaşlar fərdi qaydada qəbul edilir. 2016-cı ildə bələdiyyə sədri 1232 nəfəri, bələdiyyənin digər rəsmiləri isə 567 nəfər vətəndaşı qəbul edib. Bələdiyyə rəsmilərinin qəbul vaxtları belə müəyən edilib:
Müavin: Qəbul vaxtı- 1-ci gün. Saat 1000-dan 1300-qədər
Vergi xidməti şöbəsinin müdiri: Qəbul vaxtı- 2-ci gün. Saat 1000-dan 1300-qədər
Reklam və informasiya şöbəsinin müdiri: Qəbul vaxtı- 3-cü gün. Saat 1000-dan 1300-qədər
Tikinti və memarlıq şöbəsinin müdiri: Qəbul vaxtı- 4-cü gün. Saat 1000-dan 1300-qədər
Bələdiyyələrlə əlaqələndirmə şöbəsinin müdiri: Qəbul vaxtı- 5-cü gün. Saat 1000-dan 1300-qədər.
Bütün bunlara yanaşı vətəndaş məmnunluğunu təmin etmək məqsədiylə məhəllə komitələrinin təşkilatçılığı ilə səyyari qəbullar da keçirilir. Sakinlərin qaldırdığı məsələlər əsasən sənədsiz torpaq sahələrinin sənədləşdirilməsi və küçələrin təmiri ilə bağlı olmuşdur ki, bu da mümkün qədər öz həllini tapıb.
şəhərin H.əliyev prospektində, H.Aslanov, Koroğlu, S.Vurğun, i.Qayıbov küçələrində avtomobil yolunun sağ və sol hissəsində piyadalara aid səki yolundakı bardurların və piyadalar üçün yol keçidlərinin (zebra) rənglənməsi, Yeni Yaşayış massivi,Bakıxanov, A.əhmədov, Səttərxan və R.Rza küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, sağ və sol hissəsindəki alaq otlarının biçilməsi və nəqliyyatın gediş gəlişinə maneçilik törədən iri ağacların budanması, B.Hacıyev,M.Cəfərov, N.Hikmət, M.Hüseynzadə və C.Cabbarlı küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, düzəlməsi, yolların sağ və sol hissəsindəki alaq otlarının biçilməsi, şəhriyar, Məhsəti, Atatürk, A.əhmədov, H.Cavid, Qarabağ və Bakı küçələrində yol kənarı və bardurların təmiri, yollarının hamarlanması, şeben və atseplə təmiri və küçənin alaq otlarından təmizlənməsi, Gəncə küçəsində isə içməli su kəmərinin yenilənməsi, yol kənarı su arxlarının təmizlənməsi və daşınması kimi işlər görülmüşdür.
-Bələdiyyənizə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilirmi, bu istiqamətdə təhlil və təsnifatlaşdırma aparılıbmı?
- Bələdiyyəyə 2016-cı ildə vətəndaşlardan 81 müraciət daxil olub. Bu müraciətlərin hər biri bələdiyyə icasında müzakirə edilir, hər rübdə isə ümumi müraciətlər təhlil edilir.
əlavə edim ki, 2016-cı ildə edilən müraciətlərdən 15-i birdəfəlik maddi yardımla, 4-ü sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması, 44-ü həyətyanı torpaq sahəsi ayrılması, 8-i tikinti və təmir işləri, 10-u isə müxtəlif mövzularla əlaqədardır. Müraciət edən şəxslərdən 8-i şəhid ailəsi, 13-ü Qarabağ müharibəsi əlili, 15-i məcburi köçkün, 1-i Çernobıl əlili, 3-ü ehtiyyatda olan zabit, 5-i Qarabağ müharibəsi veteranıdır. Maddi yardımla bağlı 9, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 14, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaqla bağlı 2 müraciət müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış yazılı cavablar göndərilib. 11 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq, vətəndaşlarla izahat işləri aparılıb.
Belediyye.info
|
|
|
|
|
|
|